Video-EEQ monitorinq Nədir?
Video -EEQ (elektroensefaloqrafiya) monitorinq video kamera ilə nə etdiyinizi, tutmalar olduqda onları qeyd edir, EEQ isə beyin dalğalarınızı registrasiya edir. Məqsəd qıcolma və ya şikayət olunan hadisə zamanı nə baş verdiyini görmək və eyni zamanda EEQ-nin qeyd etdikləri ilə müqayisə etməkdir. Müayinə olunan tutma zamanı danışırsa və ya səslər çıxarırsa, bu səslər də qeydə alınır.
Bunu etməklə, EEQ-ni oxuyan həkim tutmanın beyindəki elektrik fəaliyyətinin dəyişməsi ilə bağlı olub-olmadığını deyə bilər. Əgər müayinə zamanı abnormal beyin fəaliyyəti görülürsə, bu epileptik tutma adlandırılır.
Video-EEQ monitorinq, qeyri-adi xüsusiyyətlərə malik olan qıcolmaların əslində epilepsiya olub-olmadığını təyin etmək, qıcolmaların növünü dəqiqləşdirmək və başladığı beyin bölgəsini dəqiq müəyyən etmək üçün ən faydalı müayinədir. Epilepsiya cərrahiyyəsi nəzərdə tutulursa, bölgənin dəqiq müəyyənləşdirilməsi vacibdir.