Video-EEQ monitorinq Nədir?
Video -EEQ (elektroensefaloqrafiya) monitorinq video kamera ilə nə etdiyinizi, tutmalar olduqda onları qeyd edir, EEQ isə beyin dalğalarınızı registrasiya edir. Məqsəd qıcolma və ya şikayət olunan hadisə zamanı nə baş verdiyini görmək və eyni zamanda EEQ-nin qeyd etdikləri ilə müqayisə etməkdir. Müayinə olunan tutma zamanı danışırsa və ya səslər çıxarırsa, bu səslər də qeydə alınır.
Bunu etməklə, EEQ-ni oxuyan həkim tutmanın beyindəki elektrik fəaliyyətinin dəyişməsi ilə bağlı olub-olmadığını deyə bilər. Əgər müayinə zamanı abnormal beyin fəaliyyəti görülürsə, bu epileptik tutma adlandırılır.
Video-EEQ monitorinq, qeyri-adi xüsusiyyətlərə malik olan qıcolmaların əslində epilepsiya olub-olmadığını təyin etmək, qıcolmaların növünü dəqiqləşdirmək və başladığı beyin bölgəsini dəqiq müəyyən etmək üçün ən faydalı müayinədir. Epilepsiya cərrahiyyəsi nəzərdə tutulursa, bölgənin dəqiq müəyyənləşdirilməsi vacibdir.

Video- EEQ monitorinq harada aparılmalıdır?
Video-EEQ monitorinq adətən tutmaların təhlükəsiz şəkildə izlənilə biləcəyi xəstəxana şəraitində aparılır.
Tutmalar gözlənilməz olduğundan, EEQ monitorinq zamanı istədiyiniz zaman baş verə bilməz. Pasient müayinə üçün xəstəxanaya yerləşdirildikdə, qıcolmaları təhrik etməyə kömək etmək üçün qıcolma əleyhinə dərmanları azaldıla bilər ki, onlar qeydə alınsın.
Müayinənin müddəti insanın adətən nə qədər tez-tez tutma keçirdiyinə, tutma növünə və monitorinqin niyə aparıldığına görə dəyişir. Test bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.

Bizim üstünlüklərimiz
- Video EEQ monitorinqin daşınan olması. Bu istər evdə, istər digər klinikalarda, xüsusi ilə reanimasiyada olan xəstələri müayinə etməyə imkan verir
- Müayinənin beynəlxalq qayda və protokollara uyğun aparılması və reportlanması
- Avadanlıqların beynəlxalq keyfiyyət tələblərinə uyğun olması
- Xəstələr üçün müayinəni maksimal təhlükəsiz etmişik
- EEQ monitorinq zamanı EKQ (elektrokardioqrafiya), EMQ(elektromioqrafiya), EOQ (elektrookuloqrafiya) datçiklərinin qoyulması bütün müayinə zamanı təkcə beyin fəaliyyətini yox ürək ritmini, əzələlərdən qeyd olunan aktivliyə görə tutma növünü təyin etməyə, gözlərin hərəkətini reqistrasiya etməyə imkan verir
- Epileptik aktiliyin mənbəsini xüsusi kompyuter proqramı BESA