Gicgah epilepsiyası nədir?
Gicgah epilepsiyası beynin gicgah (temporal) payından qaynaqlanan epilepsiya növüdür. Bu növ epilepsiya beyindəki anormal elektrik impulslarının gicgah bölgəsində yaranması ilə xarakterizə olunur. Gicgah payı yaddaş, duyğular və davranış kimi mühüm funksiyaları idarə etdiyi üçün bu epilepsiya növü həm emosional, həm də sensor simptomlarla özünü göstərə bilər.
Necə yaranır?
Gicgah epilepsiyası müxtəlif səbəblərdən yaranır. Ən çox rast gəlinən səbəblər arasında aşağıdakılar var:
- Beyin zədəsi: Keçirilmiş travmalar və ya infeksiyalar (məsələn, meninqit).
- Genetik faktorlar: Ailədə epilepsiya keçmişi olan insanlarda bu xəstəlik daha çox rast gəlinir.
- Beyin şişləri və ya anomaliyaları.
- Hipoksik zədələr: Doğuş zamanı və ya sonrasında oksigen çatışmazlığı.
- Uşaq yaşlarında keçirilmiş febril qıcolmalar.
Əlamətləri və simptomları
Gicgah epilepsiyasının əlamətləri xəstədən xəstəyə fərqlənə bilər. Ən çox rast gəlinən simptomlar bunlardır:
- Aura hissi: Tutmadan əvvəl pasiyentdə dejavü, jemavü, istənməyən fikirlər, yüksələn istilik/hərarət hissi. Bəzən eşitmə, dadbilmə dəyişiklikləri baş verə bilər.
- Qorxu və ya narahatlıq: Səbəbsiz duyğusal dəyişikliklər ola bilər.
- Müvəqqəti yaddaş itkisi: Tutma zamanı və sonrasında yaddaş pozğunluqları müşahidə edilir.
- Avtomatizmlər: Şüursuz olaraq dodaqları yalamaq, əlləri ovuşdurmaq kimi təkrarlanan hərəkətlər.
- Şüur bulanıqlığı: Xəstə ətrafında baş verənləri dərk etmir.
Gicgah Epilepsiyası Diaqnozu: EEQ və Digər Müayinə Yöntəmləri
Gicgah epilepsiyasının diaqnozu üçün ən vacib üsullardan biri elektroensefaloqrafiya (EEQ) müayinəsidir. EEQ beyin dalğalarını ölçərək epileptik fəaliyyətin yerini və tipini müəyyənləşdirir. Gicgah payında qeydə alınan anormal elektrik impulsları diaqnoz qoymağa kömək edir.
Bununla yanaşı,
-Maqnit Rezonans Tomoqrafiya (MRT) beyindəki struktur dəyişiklikləri, şişləri və ya zədələri aşkar etmək üçün istifadə olunur.
-Kompyuter Tomoqrafiyası (KT) və funksional görüntüləmə (PET və SPECT) texnologiyaları da epilepsiyanın səbəblərini araşdırmaqda effektiv olur. Müayinə nəticələri əsasında nevroloq xəstəyə fərdi müalicə planı hazırlayır.
Bu üsullar xəstəliyin dəqiq diaqnostikasını təmin edərək, müalicənin effektivliyini artırır.
Nevroloq necə müalicə edir?
Gicgah epilepsiyasının müalicəsi fərdi yanaşma tələb edir və nevroloq diaqnoz qoyduqdan sonra xəstəyə uyğun müalicə planı hazırlayır. Əsas müalicə üsulları bunlardır:
1. Dərman müalicəsi
Epilepsiya əleyhinə dərmanlar (antikonvulsantlar) tutmaların tezliyini və şiddətini azaltmaq üçün təyin edilir. Ən çox təyin edilən dərmanlar arasında karbamazepin, lamotrijin və levetirasetam var.
2. Cərrahi müdaxilə
Dərmanların təsirsiz olduğu hallarda cərrahi əməliyyat aparıla bilər. Bu zaman gicgah payında anormal elektrik aktivliyinə səbəb olan hissə çıxarılır.
3. Vagus siniri stimulyasiyası (VNS)
Xüsusilə dərmanlara cavab verməyən xəstələr üçün tətbiq olunan bu metodda boyun nahiyəsinə yerləşdirilən cihaz vasitəsilə vagus siniri stimullaşdırılır.
4. Həyat tərzi dəyişiklikləri
Nevroloqlar xəstələrə düzgün yuxu rejimi, stressin idarə edilməsi və sağlam qidalanma kimi tövsiyələr verir. Bu, tutmaların qarşısını almağa kömək edir.
Nəticə
Gicgah epilepsiyası mürəkkəb, lakin idarə oluna bilən bir xəstəlikdir. Müasir diaqnostika və müalicə üsulları xəstələrin həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Bu xəstəliklə üzləşənlərə vaxtında nevroloqa müraciət etmək və müalicə planına riayət etmək tövsiyə olunur.
Gicgah epilepsiyası haqqında videom instaqram hesabımda:
https://www.instagram.com/nevroloq_ulviyya_guliyeva/reels/