Блог

QICOLMA

Az
Qıcolma zamanı ilk yardım:

1. Şəxsi sağ və ya sol yanı üstə çeviririn.

2. Sıxan paltar, əşyaları kənarlaşdırın.

3. Başının altına yumşaq bir şey qoyun.

4. Təmkinli olun.

5. Qıcolmanın müddətini ölçün.

UNUTMA: qıcolma zamanı HEÇ VAXT şəxsin ağzına yad cisim salma və HEÇ VAXT şəxsin hərəkətlərini dayandırma.

Təcili Tibbi Yardım ÇAĞIR, əgər:

○Qıcolma 5 dəqiqədən çox davam edərsə və ya şəxs 2, yaxud daha çox qıcolma keçirərsə.

○ Əgər şəxsin ilk qıcolmasıdırsa

○ Şəxs yaralı, hamilə və ya diabetdirsə

○ Qıcolma suda baş verirsə

○ Şəxs huşunu və tənəffüsünü bərpa edə bilmirsə

○ Epilepsiyası olduğuna dair məlumat yoxdursa